17 mart 2010 18:45
Ermənilər Bakıya gəlməkdən növbəti dəfə imtina etdilər!
Bakıda baş tutacaq Avropa çempionatı erməni idmançılarsız keçəcək. Azerisport.az xəbər verir ki, Ermənistan yunan-Roma güləşi üzrə yığma komandası Bakıya gəlməkdən imtina edib.
Ermənilər bu qərarı sentyabrda Moskvada keçiriləcək Dünya çempionatına daha yaxşı hazırlaşmaq məqsədiylə verdiklərini bildirirlər. Bu barədə armsport.az saytına komandanın baş məşqçisi Levon Culfələkyan məlumat verib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın qılıncoynatma komandası da Bakıda keçiriləcək yeniyetmə və gənclər arasında dünya birinciliyinə qatılmaqdan imtina etmişdi.
