14 mart 2010 00:22
Azərbaycan və Türkiyə hər iki növdə finalda
Türkiyənin paytaxtı Ankarada sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb. Azerisport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, klassiklərimiz Qazaxıstana 4:3, Qırğızıstana isə 5:2 hesabı ilə qalib gələrək, finala yüksəliblər. Eyni nəticəni Qırğızıstanı 4:3 hesabı ilə məğlub edən sərbət güləşçilərimiz də göstəriblər.
Hər iki növdə final oyunu sabah keçiriləcək və komandalarımızın rəqibi Türkiyə olacaq.
