7 mart 2010 16:36
Rusiya, İran, Azərbaycan (YENİLƏNDİ)
Azərbaycan sərbəst güləş yığması Moskvada Dünya Kuboku yarışlarında çıxışını başa vurub. Azerisport.az xəbər verir ki, güləşçilərimiz bu gün Ukrayna yığmasına qalib gələrək, bürünc medala sahib çıxıblar.
Dünən qrupda İrana məğlubiyyətdən sonra Özbəkistana böyük hesabla qalib gələn komandamız bu gün üçüncü turun oyununda ABŞ-a da şans verməyib – 6:1. Bu nəticədən sonra yığma final şanslarını saxlasa da, İranın da öz növbəsində Özbəkistana qalib gəlməsi Saypulla Absaidovun yetirmələrin bürünc uğrunda oyuna göndərib.
Ötən Dünya Kubonun qalibi – sərbəst güləş üzrə Azərbaycan yığması bu dəfə də medalsız qalmayıb. Ukrayna üzərində 5:2 hesablı qələbə güləşçilərimizə bürünc medallar qazandırıb.
Yarışın qalibi isə İran – Rusiya görüşündə məlum olub. Rəqibinə 5:2 hesabı ilə qalib gələn rusiyalılar Dünya Kubokunu Azərbaycandan təhvil alıblar.
