6 mart 2010 00:10
Azərbaycan İranı Moskavada da məğlub etmək istəyir
Martın 6-7-də Moskvada sərbəst güləş üzrə yığma komandaların Dünya Kuboku yarışı keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Rusiya, Türkiyə, Ukrayna, Belarus, İran, Özbəkistan və ABŞ-dan başqa Azərbaycan yığması da iştirak edəcək. Bugün keçirilən püşkatmanın nəticələrinə əsasən, güləşçilərimiz son üç komanda ilə eyni – B qrupunda mübarizə aparacaq.
Sabah yığmamız İrana qarşı görüşlə turnirə start verəcək. Bu qarşılaşma hər iki ölkə güləşçiləri üçün kifayət qədər prinsipial ola bilər. Ötən il məhz İranda keçirilən Dünya Kuboku yarışlarında Azərbaycan sərbəst güləşçiləri yerli komandanı finalda məğlub edərək, mötəbər turnirin qalibi adını qazanmışdılar.
