2 mart 2010 17:06
Azərbaycanlı azarkeşlər İranda döyüldü!
İranın Qum şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq yarışlara qatılan Azərbaycan və Türkiyə güləşçilərinə azarkeşlik edən milli fəallar - Rəhim Hüseynzadə və Ruhulla Heydəri İran xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Azerisport.az “Media Forum” saytına istinadla xəbər verir ki, Kəşfiyyat İşləri üzrə Nazirliyin mülki geyimli əməkdaşları fevralın 26-da Qumun “Heydəriyan” idman sarayında keçirilən yarışlarda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Yaşasın Azərbaycan” və “Zəncan, Təbriz, Həmədan, yaşasın Azərbaycan” şüarları səsləndirən, digər azərbaycanlı tamaşaçılarla birgə Azərbaycan və Türkiyə güləşçilərinə azarkeşlik edən Rəhim Hüseynzadə və Ruhulla Heydərini döyərək naməlum istiqamətə aparıblar.
