21 fevral 2010 19:40

Fərid Mansurov ermənilərə şans tanımadı

Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov erməni güləşçilərinin Bakıda keçiriləcək Avropa çempionatında iştirak etmək istəyi ilə bağlı öz fikirlərini bölüşüb. Azerisport.com xəbər verir ki, Mansurov ermənilərin mükafatsız qalacağına əmindir: Onların Bakıya gəlmək istədiyini eşitmişəm. Məncə, əbəs yerə zəhmət çəkirlər – onlar Bakıda sevinə bilməyəcək. 3 il əvvəl də erməni idmançılar Azərbaycanda çox çalışdılar, amma medal qazana bilmədilər. Yeganə bürünc medalı isə milliləşmiş güləşçi Yuri Pertikeyev əldə etdi. Əminəm ki, bu dəfə ümumiyyətlə, mükafatsız qalacaqlar”.
 
Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının lideri həmçinin Rövşən Bayramov və Roman Amoyan arasındakı rəqabətə toxunub. Xatırladaq ki, Amoyan ötən dünya çempionatında Bayramovu məğlub edib, yaxınlarda isə Ermənistan mətbuatına açıqlamasında Rövşənə bir daha qalib gəlmək istəyində olduğunu bildirib. Mansurov öz növbəsində bunun mümkünsüz olduğunu söylədi: “Fikrimcə, həmin qələbə təsadüfi idi. Rövşən buna qədər Amoyana dörd dəfə qalib gəlib. Şübhə etmirəm ki, ardıcıl on dəfə güləşsələr də, Amoyan həmyerlimizi məğlub edə bilməz. Bakıda da bir daha bunun şahidi olacağıq”

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.