12 noyabr 2016 00:05

Neftçi məşqlərini davam etdirir

"Neftçi” Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, sözügedən komanda İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçir. Hazırlıq prosesində zədəlilərlə yanaşı, müxtəlif milli komandalara dəvət olunmuş futbolçularımız iştirak etməyiblər.

Məşqdən sonra komandanın hücumçusu İbrahim Əliyev Neftçi TV-yə açıqlama verib: "Gündə iki dəfə məşq edirik. Məşqlər yüksək səviyyədə keçir. "Sumqayıt”la oyuna hazırlaşırıq. Mənə şans veriblər, mən də özümü sübut edib komandada qalmaq, məşqçilərin rəğbətini qazanmaq istəyirəm. Yüksək liqada birinci oyunum idi. Bir az həyəcan var idi, amma meydana çıxandan sonra həyəcan qurtardı. Şükür Allaha, qalib gəldik. İlk oyunumda qələbə mənim üçün daha yaxşı oldu, məndə özünəinam yaratdı. Sağ olsunlar məşqçilər, çətin oyunda mənə şans verdilər”.

Qeyd edək ki, "Sumqayıt” – "Neftçi” oyunu noyabrın 20-də "Kapital Bank Arena”da keçiriləcək.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.