9 noyabr 2016 17:30

Oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşdi

I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsində qalibi müəyyənləşdirmək mümkün olmayıb.

Belə ki, azarkeşlər bir, jurnalistlər digər futbolçunu oktyabr ayının ən yaxşı qolunun müəllifi hesab ediblər. Emin Mehtiyev (“Zaqatala” PFK) jurnalistlərin seçimi zamanı 40 % səs toplayıbsa, Anar Babayev (“Səbail” PFK) azarkeşlərin səsverməsi zamanı eyni nəticəni təkrarlayıb.

Belə olan təqdirdə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə edib. Keçirilmiş daxili toplantı zamanı səslərin çoxunu “Zaqatala”nın futbolçusu Emin Mehtiyev qazanıb. Beləliklə, Mehtiyev I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi olub.

Futbolçuya Peşəkar Futbol Liqası tərəfindən hazırlanmış xatirə hədiyyəsi və pul mükafatı (500 AZN) “Zaqatala”nın ev oyunlarının birində təqdim olunacaq.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.