12 sentyabr 2016 11:30
Gəlin, tarixi birlikdə yazaq!
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında "Qarabağ" sentyabrən 15-də, saat 19:00-da Çexiyanın "Slovan" komandasını qəbul edəcək. Azerisport.az xəbər verir ki, Ağdam klubu artıq bu oyunla bağlı videoçarx da hazırlayıb.
"Qarabağ" rəhbərliyi azarkeşlərə də səslənib: "Dalğa Arena"da keçiriləcək qarşılaşmada komandamıza dəstək olaq və yeni bir tarixi birlikdə yazaq!"
