17 avqust 2016 14:00
Şahmatçılarımız olimpiadaya Qəbələdə hazırlaşır
Qadın qrossmeysterlərdən ibarət Azərbaycan yığması 42-ci Ümumdünya Şahmat Olimpiadasına Qəbələdə hazırlaşır. Azerisport.az xəbər verir ki, son təlim-məşq toplanışında qadın şahmatçılarımız Gürcüstan komandasıyla yoxlama görüşündə iştirak edib.
Bakı Şahmat Olimpiadasının mətbuat xidməti təlim-məşq toplanışından hazırlanan videonu təqdim edir.
