2 avqust 2016 13:20
Dəstəyiniz uğurumuzdur
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində “Qəbələ” avqustun 4-də Fransanın “Lill” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan ilk matçdan sonra təmsilçimiz 8 km qəsəbə stadionunda vacib sınağa çıxacaq.
Sözügedən qarşılaşmada “qırmızı-qaralar”a azarkeş dəstəyi çox vacibdi. Buna görə də “Qəbələ” fanatları stadiona cəlb etmək üçün maraqlı videoçarx çəkib. Sizi həmin videoçarxla tanış edirik:
