28 iyul 2016 12:15

Olimpiadaya həsr olunan 3D tablosu yekunlaşdı

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvəti ilə Ukraynada 3D "street-art" sənətinin əsasını qoyan rəssamlardan biri Aleks Maksiov paytaxtımızın qonağı olub. Azerisport.az xəbər verir ki, 1990-cı ildən "street-art"la məşğul olan, Almaniya, İtaliya və Rusiyada keçirilən festivalların qalibi və laureatı Bakı Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosu çəkib. Rəssam sözügedən əsəri Milli Parkda (Kukla Teatrının yaxınlığında) yaradıb.

42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosu 3 gün ərzində hazırlanıb. Əsər paytaxt sakinlərinin böyük marağına səbəb olub. Rəssam Aleks Maksiov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlamasında əsər haqda bunları deyib: “Azərbaycanda olmaqdan xoşbəxtəm. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən dəvət olunan zaman maraqlı əsər yaratmaq barədə düşündüm. Tabloda olimpiadanın keçiriləcəyi məkan olan Bakı Kristal Zalı və şahmat lövhəsi yer alıb. Şahmat lövhəsi sanki Amerikanın sürətli yarışlar keçirilən trası ilə arenaya yollanır. İdeya bundan ibarətdir ki, bütün dünyanın diqqəti məhz Bakı Kristal Zalında olacaq. Planetin ən yaxşı şahmatçıları burada yarışacaq. Hər kəsi 3D "street-art" tablosuna baxmağa və onunla şəkil çəkdirməyə dəvət edirəm. 3D canlılığı əks etdirir. Bu, mənim Bakıda ikinci işimdir. İki il öncə Qız Qalası yaxınlığında da Bakıda keçirilən festivala həsr olunan "street-art" əsəri çəkmişəm”.

Əsərin təqdimatında iştirak edən 42-ci Ümumdünya Şahmat Olimpiadasının ulduz səfirləri - “Bu şəhərdə” teatrının baş prodüseri və rəhbəri Müşfiq Abbasov, aktyor Coşqun Rəhimov ölkəmizin beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini, idmançılarımızın beynəlxalq arenadakı uğurlu çıxışları barədə məlumat veriblər. Ulduz səfirlər şahmatçılarımızdan qələbə gözlədiklərini və onlara inandıqlarını söyləyib. Fəaliyyətlərində şahmatın kütləviliyinin artırılmasına geniş yer ayırdıqlarını bildirən Müşfiq Abbasovla Coşğun Rəhimov yeniyetmə və gəncləri asudə vaxtlarını səmərəli keçirmək üçün idmanın bu növü ilə məşğul olmağa səsləyiblər.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.