14 iyul 2016 14:00
Rauf Məmmədov: Ümid edirəm ki, olimpiadada medal qazanacağıq
Bakı Şahmat Olimpiadasına Qəbələdə hazırlaşan Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov mötəbər yarışla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verən qrossmeyster olimpiadada medal qazanmağı arzuladığını bildirib:
"Ölkəmizdə şahmat çox sevilir. Ona görə də bizi dəstəksiz qoymayacaqlarına inanırıq. Ümid edirəm nəhayət biz olimpiadada medal qazanacayıq".
Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.
