13 iyul 2016 01:00
Sumqayıt Boluda ilk məşqə çıxdı
Xəbər verdiyimiz kimi, “Sumqayıt” ötən bu gündən etibarən Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb.
Məşqin əvvəlində daha çox fiziki hazırlıq üzərində çalışan komanda daha sonra qısa ötürmələr və 3 qrupa bölünərək oyunla hazırlığı yekunlaşdırıb.
"Sumqayıt" bu gün Boluda 2 məşqə çıxacaq.




























