4 iyul 2016 12:40
İkinci komandanın şahmatçıları hazırlıqdan və hədəfdən danışdılar
Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası ilk təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışına 6 şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub. Şahmatçılar hazırlıq barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə danışıb.
Qeyd edək ki, paytaxtdakı ilk hazırlıq İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilib.
