23 iyun 2016 01:00

Vançe Şikov: İstəyirəm ki, Neftçidə də belə olsun

"Neftçi”nin yeni transferi Vançe Şikov klub televiziyasına açıqlama verib. Azerisport.az xəbər verir ki, makedoniyalı futbolçu bunları bildirib:

"18 yaşımda Makedoniyanı tərk edib, Yunanıstana üz tutdum, 5 il orada oynadım. Əvvəlcə "Ksanti” klubunda çıxış etdim, sonra isə "Olimpiakos”la müqavilə imzaladım, amma icarə əsasında "Apollon” (Kalamariya) və "Kerkira” klublarında forma geyindim. 3 il Kipr çempionatında oynayandan sonra isə Ukraynanın "Volın” klubunun şərəfini qorudum. "Neftçi”dən əvvəl isə 2 il Avstriyanın "Austriya” klubunda çıxış etmişəm.

Bütün oynadığım klublarda çox vaxt meydanda olmuşam, istəyirəm ki, "Neftçi”də də belə olsun. "Neftçi” haqqında məlumatı, əvvəllər burada oynamış futbolçular – İqor Mitreski və Slavço Georgiyevskidən almışam. Onlar bildirdilər ki, "Neftçi” Azərbaycanın ən böyük klubudur. Mən buraya bu komandaya kömək etməyə gəlmişəm, bunun üçün əlimdən gələni edəcəyəm. Harada oynamışamsa, hər görüşə final matçı kimi çıxmışam. Məşqləri izləmişəm, görünür ki, gənc və yaxşı komandadır. Səhv etmirəmsə, komandada ən yaşlı futbolçulardanam. Çalışacağam gənclərə kömək edim.

Avroliqanın püşkünün nəticəsinə görə, rəqibimiz Malta klubu oldu, amma bizim səbətdə daha güclü rəqiblər var idi – Slovakiya klubu və başqaları. Biz bu oyuna ciddi hazırlaşmalıyıq. Ortaya 100 faiz gücümüzü qoymalıyıq və qalib gələrək Avropa Liqasının ikinci mərhələsinə adlamalıyıq”.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.