17 iyun 2016 14:00
Elşən Abdullayev: Əvvəlcə ilk rəqibi fikirləşməliyik
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” PFK məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, növbəti məşqdən sonra yarımmüdafiəçi Elşən Abdullayev "Neftçi TV"-yə açıqlama verib:
"Məşqlərə hələ təzə başlamışıq. İnanıram ki, Avroliqada uğurlu oyunlar keçirəcəyik. Məncə, əvvəlcə ilk rəqibi fikirləşməliyik. Daha sonra digər rəqiblər haqda düşünmək olar. Yəni komanda şəklində ümidliyik, inşallah, yaxşı olacaq”.
