17 iyun 2016 00:25
Fəhmin Muradbəyli: Avroliqada bacardığımız qədər irəli getməyə çalışacağıq
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, gənc hücumçu "Neftçi TV"-yə bunları bildirib:
"Artıq 2 gündür buradayıq. İlk məşqimizi elədik, yüngül məşq oldu. Bu gün səhər fiziki hazırlıq üzrə məşqimizi keçdik. Avroliqada keçən il yaxşı çıxış edə bilmədik, fikrimcə, bəxtimiz gətirmədi. İnşallah, bu mövsüm Avropa Liqasında öz sözümüzü deyərik, bacardığımız qədər irəli getməyə çalışacağıq. Çempionatda isə çalışacağıq "Neftçi”yə layiq yeri tutaq”.
