4 may 2016 13:00

Qəbələ rəsmiləri Avropa Azərbaycan Məktəbində

“Qəbələ” İdman Klubunun rəsmiləri - futbol direktoru Toni Adams, kommersiya direktoru Mustafa Aztopal, marketinq meneceri Səməd Nəsibov aprelin 28-də Avropa Azərbaycan Məktəbinin (AAM) qonağı olub. Azerisport.az xəbər verir ki, məktəbin hər iki tədris binasında təşkil edilən görüşlərdə şagirdlər və işçi heyət ilə görüş keçirilib.

Məktəbin direktoru Qrem Pollok çıxış edərək qonağı salamlayıb, dünya futbolunun canlı əfsanəsi Toni Adams haqqında şagirdlərə məlumat verib. Şagirdlər uzun illər İngiltərə yığma komandasının və Londonun “Arsenal” klubunun şərəfini qorumuş məşhur futbolçu haqqında videoçarx izləyiblər. Daha sonra Toni Adams şagirdləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə “Qəbələ” İdman Klubunun kommersiya direktoru Mustafa Aztopal çıxış edərək klubun tanıdılması istiqamətində Qəbələ şəhərinin məktəblərində aparılan işlər haqqında məlumat verib. “Qəbələ” Klubu analoji addımı burada da ataraq hər bir məktəbliyə hədiyyələr təqdim edib. Toni Adams isə ona verilən ən yaxşı sualın müəllifini mükafatlandırıb. "Nəyə görə Arsenalı seçdiniz" sualını Toni Adamsa ünvanlayan şagird əfsanəvi futbolçunun imzalı formasını əldə edib.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.