6 aprel 2016 19:00
Bakıda beynəlxalq seminar
Bakıda "UEFA Certificate in Football Management" tədris kursunun növbəti seminarı keçirilib. Azerisport.az xəbər verir ki, proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman və xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır.
Proqram UEFA və Lozanna Universitetindəki "Swiss Graduate School of Public Administration" (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir. Tədbirdə AFFA, Azərbaycan klubları və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak edib.
