24 mart 2016 11:30
XL - İnter matçındakı qol dünyanın ən yaxşısı seçildi
Ukrayna mətbuatında ötən həftə ərzində dünyanın futbol meydanlarında vurulmuş ən yaxşı 10 qol müəyyənləşdirilib. Azerisport.az xəbər verir ki, həmin qollar arasında Topaz Premyer Liqasında vurulan bir qol da yer alıb.
Belə ki, 26-cı turun "Xəzər Lənkəran" - "İnter" matçında (0:1) qonaqların gürcü yarımmüdafiəçisi Nika Kvekveskirinin vurduğu baxımlı qol Top-10-a düşüb.
