19 mart 2016 13:00
Futbolçunun xoşagəlməz jesti birinci divizion matçında dava-dalaşa səbəb oldu
Ötən gün birinci divizionun 18-ci turu çərçivəsində Qusarda oynanılan "Şahdağ" - "Ağsu" matçı qalmaqalla yadda qalıb. Azerisport.az xəbər verir ki, üşən dava zamanı azarkeşlər meydançaya çıxıb, futbolçular qaçaraq canlarını qurtarıb.
Qusarlı azarkeşlərin qəzəblənməsinə əsas səbəb "Ağsu"nun futbolçusunun tribunadakılara qeyri-etik jest göstərməsi olub. Videonun 16-cı saniyəsində bunu rahatlıqla görmək olur.
Qalmaqalın videosunu sizə təqdim edirik. (rekord.az)
