17 mart 2016 16:30
Yığmamızın sabiq üzvü Rusiyada kütləvi davanın iştirakçısı oldu
Azərbaycan yığmasının sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyanın birinci divizionunda (FNL) böyük bir qalmaqalın iştirakçısına çevrilib. Azerisport.az xəbər verir ki, o, komandasının (Armavir "Torpedo"su) 26-cı tur çərçivəsində "Sibir"lə oyununda kütləvi davada iştirak edib.
Qeyd edək ki, Abatsiyev bir müddət öncə Azərbaycan vətəndaşlığından imtina edərək, "İnter"lə yollarını ayırıb, Rusiyaya qayıtmışdı.
Sözügedən qalmaqallı matçın görüntülərini təqdim edirik:
