16 mart 2016 19:00

Gimnastika ailəsi bayram tonqalı ətrafına toplaşdı

Novruz Bayramının əsas xüsusiyyəti onun böyük ailələri bayram tonqalı ətrafında və ənənəvi dadlı şirniyyatlar, milli yeməklər və əlbəttə ki, bu bayramın başlıca rəmzi olan Səməni ilə bəzədilmiş bayram süfrəsi arxasında birləşdirməkdən ibarətdir. Azerisport.az xəbər verir ki, “torpaq çərşənbəsi” adlandırılan Novruz Bayramından əvvəlki ilaxır çərşənbə axşamında böyük gimnastika ailəsi doğma evi – Milli Gimnastika Arenasının (MGA) həyətində qalanmış isti tonqal ətrafında toplaşıb.

Tonqal atəşinin hündürlüyünə baxmayaraq, gimnastikanın 6 yarış növü üzrə yığma komandaların üzvləri əsl idmançı ruhunu nümayiş etdirərək sevinclə tonqal üzərindən tullanıblar. İnkişaf edən Azərbaycan gimnastikasının gələcəyi olan balaca uşaqlar isə özlərinə məxsus uşaq cəsarət ilə şənliyə xüsusi gözəllik qatan kiçik tonqalların üzərindən hoppanmaq üçün bir-birini qabaqlamağa çalışıblar.

Ləzzətli şirniyyatlardan dadan şənlik iştirakçıları qədim adətlərə sadiq qalaraq qaynadılmış rəngarəng yumurtaları böyük həvəslə döyüşdürüblər.

Şıltaq mart ayının Bakı küləyi idmançılar, məşqçilər, tibbi heyət, həmçinin Azərbaycan Gimnastikası Federasiyası və MGA-nın əməkdaşları ilə birlikdə Azərbaycanın milli "Yallı" rəqsinin ritminə uyğun eyni vaxtda dövrə vurub.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.