9 mart 2016 20:00

Bakıda keçiriləcək AÇ-2016 üçün yeni sponsor

Bu gün "Bakcell" şirkətinin baş ofisində UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın Yerli Təşkilat Komitəsi ilə Bakcell şirkəti arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer imzalayıb.

Müqavilənin şərtlərinə əsasən, Bakcell şirkəti UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın təşkilati işlərinə maliyyə vəsaiti ilə töhfəsini verməkdən əlavə, turnirin mobil rabitə partnyoru olaraq Yerli Təşkilat Komitəsinin əməkdaşlarını mobil telefon aparatları və sim kartlarla təmin edəcək.

Bakcell şirkəti Avropa çempionatının sponsoru olmaqla turnirin adından və rəsmi elementlərindən istifadə etməklə yanaşı, bir çox reklam hüquqlarına sahib olacaq.
 
Elxan Məmmədov: “Sevindirici haldır ki, 2012-ci ildən etibarən Bakcell şirkəti təkcə AFFA ilə deyil, ümumilikdə, Azərbaycan futbolu ilə həmrəylik nümayiş etdirir. Bildiyiniz kimi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkili zamanı da biz Bakcell şirkəti ilə əməkdaşlıq etmişik. İndi isə Bakcell bu il mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının rəsmi sponsoru olacaq. Bundan əlavə, Bakcell-in əməkdaşlığı ilə “Mançester Yunayted Futbol Məktəbi” layihəsi də uğurla həyata keçirilir. Ümid edirəm ki, gələcəkdə də bu səmərəli əməkdaşlığı davam etdirəcəyik”.
 
Riçard Şirer: "Əməkdaşlığımız ilk dəfə 2012-ci ildə, 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatı zamanı başladı. İndi isə sırada 17 yaşadək oğlanlardan ibarət komandaların Avropa çempionatıdır. Bu, çox həyəcanverici bir tədbirdir. Gələcək istedadları üzə çıxaracaq bir hadisədir. Bakcell də öz növbəsində istedadların aşkarlanması prosesində səylərini əsirgəmir". (AFFA)

.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.