25 fevral 2016 16:00
Şahdağın futbolçusundan qeyri-adi qol
Azərbaycan birinci divizionunun 15-ci turunun "Şəmkir" - "Şahdağ" oyununda qeyri-adi qol vurulub. Azerisport.az xəbər verir ki, qonaqların futbolçusu Şahin Məmmədov meydanın özünə aid hissəsindən cərimə zərbəsi ilə qol vurub.
Qeyd edək ki, bu qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
