22 fevral 2016 11:00
Millimizin baş məşqçisindən futbol dərsi
Uşaqlara futbolu sevdirmək, qadın futboluna marağı artırmaq və futbol oyununun əsas bacarıqlarını öyrətmək məqsədilə AFFA yeni onlayn layihəyə start verib. Azerisport.az xəbər verir ki, 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzalesin iştirakı ilə hazırlanmış “Futbol dərsləri Patrisiya ilə” adlanan layihə çərçivəsində hər birində 11 dərs olmaqla qapıçı və meydan oyunçuları üçün 3 səviyyədən ibarət onlayn futbol dərsləri keçiləcək. Dərslər 36 qısa videoçarxda təqdim olunacaq. Layihənin ilk dərsini təqdim edirik. (AFFA)
