19 fevral 2016 18:20
Röya Ayxan Bakı-2017-nin səfiri oldu
Populyar müğənni, əməkdar artist Röya Ayxan bu il mayın 5-dən 21-nə qədər Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının səfiri olub. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında UEFA U-17 Avropa çempionatının səfiri olmasını əks etdirən lövhə Röya Ayxana təqdim edilib. (AFFA)




