23 yanvar 2016 15:20

Neftçinin əvəzediciləri təlim-məşq toplanışını davam etdirir

“Neftçi”nin əvəzediciləri milli komandanın Mərdəkanda yerləşən məşq mərkəzində hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın dünənki səhər məşqi “Dalğa Arena”nın ehtiyat meydançasında baş tutub. Əsasən taktiki tapşırıqlar üzərində qurulmuş məşq ikitərəfli oyunla yekunlaşıb.

Pilağa Mehtiyev: “Hamı səylə çalışır, çempionatın üçüncü dövrəsinə hazırlaşır. Məşqlərimiz gündə iki dəfə “Dalğa Arena”nın ehtiyat meydançasında olur. Hər şey yaxşıdır. Sağ olsunlar, məşqçilər bizi həm fiziki, həm taktiki cəhətdən üçüncü dövrəyə hazırlayırlar. Komandada əhval-ruhiyyə yaxşıdır, inşallah, çempion olmağı düşünürük. Bunun üçün də burda əziyyət çəkirik ki, çempionatda bizə rahat olsun”.

Hazırlığın yeddinci günü əvəzedicilər təkcə məşqlə kifayətlənməyiblər. Günorta saatlarında təşkil olunmuş tədbirdə hakimlər gənc futbolçulara oyun və meydançada davranış qaydaları haqqında ətraflı məlumat veriblər. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov komanda üzvlərinin meydançada daha sıx üzləşdikləri vəziyyətlərlə və qayda pozuntuları ilə bağlı suallarını cavablandırıb.

Tədbirdən sonra baş məşqçi Tofiq Mustafayev "Neftçi TV"yə açıqlama verib. Təcrübəli mütəxəssis belə görüşlərin təşkilinin gənc futbolçular üçün faydalı olduğunu deyib: “Əvvəla, bütün uşaqlar oyun qaydalarını bilməlidirlər. İkincisi, meydançada xoşagəlməz hadisələrin olmamağına, hakimlər tərəfindən cəzalanmamalarına görə hakimlərin mühazirəsi onlara çox xeyir verəcək, belə görüşlər futbolçulara gələcəkdə kömək eləyəcək. Təlim-məşq prosesi həmişə çox ağır keçir. Gündə iki məşqdir, yüklənmələr ağırdır. Güc dözümlülüyü ilə başladıq, sonra sürətli oyuna keçdik. Get-gedə məqşin davamiyyəti azalır, intensivliyi artır. Əvəzedici heyətin əsas məqsədi əsas komandaya oyunçu hazırlamaqdır. Əlbəttə, nəticə olanda futbolçularda qələbə ruhu olur. Futbolçuda qələbə ruhunun olması böyük keyfiyyətdir”.

Qeyd edək ki, yanvarın 24-də 10 günlük təlim-məşq toplanışına yekun vurulacaq əvəzedicilər bu gün sonuncu yoxlama oyununu keçirib. Komanda “İnter”in əvəzedici heyəti ilə qarşılaşıb. 3:1 hesabı ilə qələbə qazanmış “Neftçi”nin qollarından ikisini Bilal Qəmbərov vurub. Ömər Buludov isə bir dəfə fərqlənib.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.