19 yanvar 2016 20:30
"Bu, çempionatda meydana çıxmayan futbolçular üçün şansdır"
“Neftçi”nin futbolçuları – Mirabdulla Abbasov və Rəhman Hacıyev "Neftçi" TV-yə açıqlama veriblər. Azerisport.az xəbər verir ki, onlar MOİK-lə oyundakı 2:1 hesablı qələbəni şərh ediblər.
Mirabdulla Abbasov: “İlk növbədə qələbə qazandığımız üçün bütün komanda yoldaşlarımı təbrik eləyirəm. Amma bu tip oyunlarda əsas nəticə deyil. Bu, çempionatda şans almayan oyunçular üçün şansdır. Sağ olsun məşqçilər, şans verdilər, yoxladılar. Ümid eləyirəm ki, mənə göstərilən etimadı doğrultdum”.
Rəhman Hacıyev: “Çox çətindir, yorğunluq var. Yaxşı oyun keçdi. Əziyyət çəkib, qalib gəldik ki, bu da sevindirici haldır”.
