12 yanvar 2016 15:30
Yığmamız turnirdə çıxışını məğlubiyyətlə başa vurdu
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 8-ci yeri tutub. Azerisport.az xəbər verir ki, yığmamız 7-ci yer uğrunda oyunda bu gün Peterburqski İdman-Konsert Kompleksində Belarusun U-19 komandası ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə belaruslu futbolçuların xeyrinə başa çatıb.
Xatırladaq ki, qrup mərhələsində Latviyanın U-19 komandası ilə heç-heçə (1:1) edən yığmamız, bolqarıstanlı həmyaşıdlarına 2:0 hesabı ilə qalib gəlmiş, Sloveniyanın U-19 yığmasına isə məğlub olmuşdu – 0:4.
