27 dekabr 2015 11:30
Zabit Səmədovdan növbəti qələbə
Çeçenistan paytaxtı Qroznıda "Qroznaya bitva 13" adlı döyüş gecəsi keçirilib. Azerisport.az xəbər verir ki, gecənin əsas görüşündə azərbaycanlı K-1 ustası Zabit Səmədov Avstraliyada yaşayan Polşa əsilli Pol Slavinskiylə üz-üzə gəlib.
Üç raundluq görüş zamanı rəqibini üç dəfə noqdauna göndərən Səmədov sonda hakimlərin yekdil qərarıyla inamlı qələbə qazanıb. Bununla da Zabit Səmədov 2007-ci ildə Amsterdamda məğlub olduğu rəqibdən revanş almağı bacardı.
Qeyd edək ki, qələbə münasibətiylə Zabit Səmədovu ilk olaraq Çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib.
