13 noyabr 2015 13:40

Xaqani Məmmədov rüşvət qalmaqalında

Azərbaycanın sabiq FİFA referilərinin adı oyun alverində hallandırılır. Azerisport.az xəbər verir ki, söhbət hazırda AFFA Hakimlər Komitəsinin sədri olan Xaqani Məmmədov və Ramiz Əsədovdan gedir.

Qeyd edək ki, 2001-ci ildə, ilyulun 28-də UEFA Kubokunun "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasındakı cavab matçını məhz azərbaycanlı hakimlər idarə ediblər. İlk görüşdə 1:2 hesabıyla məğlub olan balkanlıları növbəti mərhələyə vəsiqə qazanmaq üçün evdə 1:0 da qane edirdi. Avropa futbol təşkilatı bu oyunun idarəçiliyini Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət azərbaycanlı hakimlər briqadasına tapşırmışdı.

Latviyalılar birinci hissədə qapısında qol görüb. Asim Xudiyevin 44-cü dəqiqədə təyin etdiyi penaltini Yosip Balatineç qonaqların qapısından keçirib. Bu hesab "Osiek"i növbəti mərhələyə çıxaracağından, Latviya klubunun rəsmiləri ikinci hissənin gedişində azərbaycanlı hakimlərə rüşvət təklif edib. Bunu aşağıdakı videoda Xaqani Məmmədovun özü deyir. Xorvatiyada 4-cü hakim funksiyasını yerinə yetirən AFFA Hakimlər Komitəsinin hazırkı sədri 72-ci dəqiqədə, "Dinaburq" sonuncu əvəzləməni edərkən aşkar şəkildə rüşvət almağa cəhd göstərir. O, öncə laynsman Ramiz Əsədova qışqırır ki, Asim Xudiyevə latviyalıların "təklif"ini çatdırsın. Baş hakim köməkçisinin sözlərini yaxşı başa düşmədiyindən, bu dəfə Xaqaninin özü "Asim, qonaqlar "niçya"ya 15 dənə verir" söyləyib.
 
Xudiyev bu xəbərdən sonra çox "çalışsa" da, hesab dəyişməz qalıb.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.