13 oktyabr 2015 14:45

"Fluminense üçün Neftçi kimi klubla əməkdaşlıq çox önəmlidir"

“Neftçi”nin dəvəti ilə Braziliyanın “Fluminense” klubunun nümayəndəsi Marselo Teyşeyra Bakıda səfərdədir. Azerisport.az xəbər verir ki, o, bu gün “Neftçi”nin 28 Mall Ticarət Mərkəzindəki üzvlük kartları məntəqəsinə baş çəkib.

Marselo Teyşeyra Bakı haqqında təəssüratları və “Neftçi” ilə əməkdaşlıq barəsində klubun rəsmi saytına danışıb:

“Bakı ilə bağlı ilk təəssüratlarım haqqında onu deyə bilərəm ki, çox gözəl və möhtəşəm şəhərdir. Tarixi memarlıq abidələrinin yeni tikililərlə vəhdəti şəhərə yaraşıq verir. Burada gördüklərim mənim üçün xoş sürpriz oldu. “Neftçi”də çıxış edən futbolçulardan Ayltonu 17 yaşından tanıyıram. Uzun müddət bir yerdə çalışmışıq.“Neftçi” nümayəndələri ilə Almaniyada, gənc futbolçular arasında keçirilmiş turnirdə tanış olmuşduq. Bizim aramızda gələcək əməkdaşlıq haqqında danışıqlar olmuşdu. “Fluminense” üçün “Neftçi” kimi klubla əməkdaşlıq çox önəmlidir. “Neftçi”nin icraçı direktoru və idman direktoru ilə Braziliyada görüşmüşdük. Onlar bizim futbolçularımızla söhbət apardılar və iş üslubumuzla tanış oldular. Daha sonra biz Bakıya dəvət olunduq”.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.