1 sentyabr 2015 19:45

AFFA-dan yeni sponsorluq müqaviləsi

Bu gün “Boulevard Hotel Bakı” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirin aparıcısı Sənan Şəfizadə təşkilatçılar adından qonaqları salamladıqdan sonra müqavilə barədə qısa məlumat verib. Sonra Azərbaycan milli komandasının son dövrlərdə vurduğu qolların xülasəsindən ibarət videoçarx nümayiş etdirilib.

Videoçarxın nümayişinin ardından AFFA-nın baş katibi Elxan Məmmədov və “Boulevard Hotel Bakı” otelinin baş meneceri Valentin Osolos çıxış edərək əməkdaşlığın uzunmüddətli və hər iki tərəf üçün faydalı olacağına ümid etdiklərini bildiriblər.
Çıxışlardan sonra Elxan Məmmədov və Valentin Osolos AFFA ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsini imzalayıblar.

Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib. AFFA-nın hədiyyəsi – üzərində milli komandanın futbolçularının imzası olan futbolka Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki tərəfindən təqdim olunub.

Sonda Robert Prosineçki, Elxan Məmmədov və Valentin Osolosun iştirakı ilə brifinq keçirilib, mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, müqaviləyə əsasən, “Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.