3 avqust 2015 16:00
Sumqayıtla AZAL-dan altı qolluq oyun
Xəbər verdiyimiz kimi, Premyer Liqanın 2015/16 mövsümünə hazırlaşan "Sumqayıt" son yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası AZAL-la səfərdə üz-üzə gəlib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.










