23 iyul 2015 17:45
Neftçi Fənərbaxçanın Olimpik ilə oyununda
“Neftçi” PFK-nın təlim-məşq toplanışı keçdiyi Türkiyənin Afyon şəhərində dünən “Fənərbaxça” və “Olimpik" (Marsel, Fransa) klubları arasında oyun olub. Azerisport.az xəbər verir ki, “Afyon summer futbol fest” turniri çərçivəsində keçirilən matçı “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub rəsmiləri və komanda üzvləri stadiondan izləyiblər.
Qeyd edək ki, "Fənərbaxça" bu oyunda 3:1 hesabı ilə qalib gəlib.
