18 iyul 2015 20:00
Futbol veteranlarından Neftçi klubuna dəstək
Xəbər verdiyimiz kimi, Azərbaycanın futbol veteranları bu gün "Neftçi" PFK-nın təlim-məşq bazasına gəliblər. Azerisport.az xəbər verir ki, Türkiyə hazırlığı öncəsi komanda üzvlərinə dəstək olmağa gələn veteranlar arasında Çingiz İsmayılov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Oqtay Abdullayev, Asim Xudiyev, Şakir Qəribov, Əsgər Abdullayev, Asif Əliyev, Ağarza Rzayev və Nağı Babayev kimi futbol tariximizin məşhur simaları yer alıb. Həmin tədbirdən hazırlanmış foto və videoreportajı təqdim edirik.




















