7 iyul 2015 19:00
Qarabağın rəqibi Rusiya klubuna uduzdu
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq Çernoqoriya "Rudar"ı yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Rusiyanın "Mordoviya" klubu ilə qarşılaşan ağdamlıların rəqibi 2:4 hesabıyla məğlub olub.
