21 iyun 2015 20:00
Neftçidən Stadium Tour layihəsi çərçivəsində daha bir yenilik
"Neftçi" PFK "Stadium Tour" layihəsi çərçivəsində daha bir yeniliyə imza atıb. Azerisport.az xəbər verir ki, "Bakcell Arena"nın qonağı olmuş azarkeşlər Avstriyada hazırlıq keçən komandanın futbolçuları ilə canlı bağlantı vasitəsilə ünsiyyətdə olublar.
"Neftçi"nin futbolçuları Nicat Qurbanov və Fəhmin Muradbəyli azarkeşlərin suallarını cavablandırıblar.






