10 iyun 2015 14:30
Güləşçilərimiz müraciət etdi: Bizi və Avropa Oyunlarını dəstəkləyin!
Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Azerisport.az xəbər verir ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.
Yarışlara qısa müddət qalmış Avropa Oyunlarında ölkəmizi təmsil edəcək güləşçilər azarkeşlərə müraciət edib.
