5 iyun 2015 19:30
Güləş yığmalarımız Heydər Əliyev adına İdman Sarayında
Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Azerisport.az xəbər verir ki, oyunlara hazırlaşan sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığma komandalarımız yarışların keçiriləcəyi Heydər Əliyev adına İdman Sarayında məşq ediblər.
