3 iyun 2015 11:15
Qarabağla Neftçi meydanı sülhlə tərk etdi
Xəbər verdiyimiz kimi, ötən gün Qəbələ şəhər stadionunda Azərbaycan kuboku uğrunda yarışın 1996-cı ildə keçirilmiş final oyunun iştirakçısı olmuş veteran futbolçulardan ibarət "Neftçi" və "Qarabağ" komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, Xaqani Məmmədov və Kənan Kərimovun fərqləndiyi oyun 1:1 hesabı ilə başa çatıb.
