10 may 2015 11:30
Neftçinin daha bir cüdoçusu Böyük dəbilqədə qalib gəldi
Xəbər verdiyimiz kimi, Sərhədçi İdman Olimpiya kompleksində keçirilən cüdo üzrə "Baku 2015 Böyük dəbilqə" turnirinin ikinci günündə daha bir Azərbaycan cüdoçusu qızıl medal qazanıb. Azerisport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan "Neftçi İdman Klubu"nun cüdoçusu Rüstəm Orujev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.
İdmançımız finalda Monqolustan idmançısı Nyam-Ocira Sainjarqalaya qalib gəlib. "Neftçi"nin üzvünün final görüşünün videosunu sizə təqdim edirik:
