9 may 2015 20:30
Neftçinin cüdoçusunun Böyük dəbilqə turnirində qələbəsi
Xəbər verdiyimiz kimi, Sərhədçi İdman Olimpiya kompleksində keçirilən cüdo üzrə "Baku 2015 Böyük dəbilqə" turnirinin ilk günündə Azərbaycan cüdoçusu qızıl medal qazanıb. Azerisport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan "Neftçi İdman Klubu"nun cüdoçusu Nicat Şıxəlizadə bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.
İdmançımız finalda Böyük Britaniya idmançısı Colin Oatesə vaxtından əvvəl qalib gəlib. "Neftçi"nin üzvünün çempionluğundan bəhs edən videomaterialı sizə təqdim edirik:
