14 aprel 2015 19:15
Azərbaycan UEFA-nın İnkişaf turnirinin qalibi oldu
16 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə Azərbaycan millisi Yunanıstanla qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, Azərbaycanın U-16 yığması əvvəlki oyunlarında Qazaxıstana 4:0, Gürcüstana isə 2:1 hesabı ilə qalib gəlmişdi. Nəticədə, yığma komandamız bu turnirin qalibi adını qazanıb.
