13 aprel 2015 00:15
Ruslan Qurbanov Haydukda daha bir qol vurdu
Xorvatiyanın "Hayduk" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası "Rovin"lə qarşılaşıb.
Matç futbolçumuzun klubunun 7:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ruslan sonadək mübarizə aparıb. Elə komandasının ilk qolunu da 5-ci dəqiqədə Qurbanov vurub.
Qeyd edək ki, Ruslan komandasının son çempionat oyununda iştirak hüququ qazana bilməmişdi.
