6 aprel 2015 17:15
Neftçi Vobayın qalmaqallı jesti ilə bağlı video və açıqlama yaydı
“Neftçi”nin futbolçusu Julius Vobayın ədəbsiz jest etdiyi iddiası mətbuatın gündəmindədir. Azerisport.az xəbər verir ki, artıq paytaxt klubu həmin epizodla bağlı video yayıb.
Videodan da görünür ki, Julius Vobay oyundan sonra qələbəni özünə məxsus tərzdə qeyd edir. Fikir veririsinizsə, bu jest “Simurq” azarkeşlərinə deyil, qolun vurulmasında əməyi olan Əziz Quliyevə və Nikolas Kanalesə, həmçinin qapısını toxunulmaz sağlamağı bacaran Aqil Məmmədova yönəlir. Bu, Vobaya məxsus qələbə sevincidir.
