10 mart 2015 00:05
Ruslan Qurbanov Haydukda ilk qolunu vurdu
Xorvatiyanın "Hayduk" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası aşağı liqa təmsilçisi "Sladorana" klubu ilə qarşılaşıb.
Oyun 4:0 hesabıyla "Hayduk"un xeyrinə başa çatıb. Ruslan oyuna start heyətdə çıxıb. Elə komandasının ilk qolunu da Qurbanov vurub.
