25 yanvar 2015 11:30

Simurq Antalya toplanışını qələbə ilə başa vurdu

"Simurq" ötən gün Antalya toplanışı çərçivəsində son yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Ukraynanın "Volın" klub ilə görüşdə gücünü sınayıb.

Buna qədər 4 yoxlama oyunu keçirən Zaqatala təmsilçisi ilk görüşdə Qazaxıstanın "Şaxtyor" klubunu 3:1 hesabı ilə məğlub etsə də, Almaniyanın "Duysburq" və Qazaxıstanın "İrtış" kollektivlərinə 1:4 və 0:3 hesabı ilə məğlub olmuşdu. Rumıniyanın "Astra" klub ilə qarşılaşmada isə qolsuz bərabərlik qeydə alınmışdı.

Ukrayna klubu ilə matça üstün tərəf olaraq başlayan "Simurq" qol istəyinə 18-ci dəqiqədə çatıb. Cinahdan asmadan sonra Rəşad Eyyubov başla topu qapıdan keçirib. İlk hissə bu hesabla da başa çatıb. Əsas vaxtın bitməsinə 5 dəqiqə qalmış isə oyunun sonlarına yaxın meydana daxil olan gənc futbolçu Nicat Muxtarov qapıçı ilə təkbətəkdən yararlanmağı bacarıb.

Son yoxlama görüşündə 2:0 hesabı ilə qalib gələn Zaqatala təmsilçisi bu qarşılaşmaya Pavel Kapsa, İlkin Qırtımov, İdan Vaytsman, Melli, Tural Axundov, Rəşad Eyyubov, Vadim Abdullayev, Patrik Osiako, Samir Zərgərov, Marko Stanoyeviç və Draqan Çerandan ibarət əsas heyətlə çıxıb. Fasilədən sonra Vadib Abdullayevi Vüqar Mustafayev, İdan Vaytsmanı isə Adam Banaş əvəzləyib. Daha sonra İlkin Qırtımovu Kənan Müslümov, Marko Stanoyeviçi Stepan Polyak, Rəşad Eyyubovu Elnur Abdullayev, Draqan Çeranı Oruc Balaşlı, Samir Zərgərovu isə Nicat Muxtarov dəyişib.

Beləliklə, yanvarın 6-dan Antalyanın Bələk bölgəsində çempionata hazırlıqları davam etdirən "Simurq" təlim-məşq toplanışını başa vurub. Gecə saatlarında yola çıxan komanda iki günlük istirahətdən sonra Zaqatalada məşqləri bərpa edəcək.

"Sarı-qaralar" Topaz Premyer Liqasının XIX turu çərçivəsində doğma arenada "Xəzər Lənkəran"ı qonaq edəcək.

Похожие новости

Video 21 dekabr

Zirədən Neftçi üzərində işə yaramayan qələbə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Zirə" arasında keçirilmiş cavab oyunundan (1:2, ilk oyun 3:0) hazırlanmış fotoreportajla tanış edir.
Video 21 dekabr

Qəbələ AZAL-a səfərdə də qalib gəldi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş AZAL - "Qəbələ" oyunundan (0:1, ilk oyun 1:2) hazırlanmış videoreportajla tanış edir.
Video 21 dekabr

İnteri yarımfinala çıxaran heç-heçə

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Kəpəz" - "İnter" oyunundan (0:0, ilk oyun 0:2) hazırlanmış videoreportajla tanış edir.
Video 20 dekabr

Neftçi Zirə ilə matçın hazırlığını başa vurdu

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə cavab matçında qarşılaşacaq "Neftçi"nin bu gün baş tutan son məşqindən hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Qəbələ Kəpəzi məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunundan (2:1) hazırlanmış videoreportajla tanış edir.
Video 18 dekabr

Sumqayıt Zirəni məğlub yola saldı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Zirə" oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Neftçi AZAL-a belə məğlub oldu

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - AZAL oyunundan (0:1) hazırlanmış videoreportajla tanış edir.
Video 17 dekabr

Mərkəzi oyunda qapılara qol vurulmadı

Azerisport.az sizi Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyunundan (0:0) hazırlanmış videoreportajla tanış edir.
Video 14 dekabr

Qarabağ cütün taleyini ilk oyundaca həll etdi

Azerisport.az sizi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"la "Sumqayıt" arasında baş tutan ilk oyundan (6:0) hazırlanmış videoreportajla tanış edir.